Şotlandiyanın "Seltik" klubunun baş məşqçisi Ronni Deyla Fransa "Renn"i ilə yoldaşlıq görüşündə fərqlənən futbolçu Li Qriffitsi tərifləyib. Sportnet.az-ın məlumatına görə, 25 yaşlı hücumçu "keltlər"in son 3 oyununda 5-ci qolu vurub.
O, daha öncə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə İslandiya "Styarnan"ını məyus edib, İspaniya "Eybar"ı ilə yoldaşlıq görüşündə isə "het-trik" müəllifi olub. Deylanın sözlərinə görə, Qriffits bütün oyunlarda onun ümidlərini doğruldur.
Baş məşqçi komandasının yaradıcı oyunundan da razılıq ifadə edib. 40 yaşlı mütəxəssis bildirib ki, futbolçular "Seltik"in hansı anlamı ifadə etdiyini və bütün oyunları qalib gəlməli olduqlarını anlayırlar: "Onlar istər əsas heyətdə, istərsə də sonradan meydana daxil olduqda vuruşaraq, əziyyətlərinin bəhrəsini görürlər. Qriffits də hər oyun qol vurur. Onun üçün oynamaq çətin deyil".
Deyla şotlandiyalı hücumçuya iyulun 30-da "Qarabağ"la keçirəcəkləri Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşündə də şans verəcəyini bildirib. Onun fikrincə, Qriffits yaxşı formada olduğunu bir daha nümayiş etdirəcək.
Fransa klubu ilə oyun "Qarabağ"la matç öncəsi "Seltik" üçün faydalı olub. Baş məşqçi bir neçə oyunçunu sınaqdan çıxarıb. Lakin Deyla Azərbaycan təmsilçisini naməlum komanda və büllur qalstuk kimi dəyərləndirib. Bununla yanaşı, Deyla bildirib ki, "Qarabağ" özünü çempion kimi hiss edəcək və qələbə qazanmaq üçün hücumlara atılacaq: Amma onlar üçün çətin olacaq. Çünki bizə qarşı heç vaxt oynamayıblar. "Qarabağ"ın oyunu "Renn"dən heç nə ilə fərqlənmir. Onlar haqda heç nə bilmirəm. Yalnız norveçli oyunçunu tanıyırdım. Bizim üçün yaradıcı oyun və müdafiədə daha yaxşı təsir bağışlamaq lazımdır. Bunu etsək, yaxşı şansımız olacaq. Rəqibimiz yaxşı komandadır, amma biz də oyuna hazırıq. Çərşənbə günü bizi yaxşı oyun gözləyir".
Qeyd edək ki, "Qaraba"ın heyətində heç vaxt norveçli legioner çıxış etməyib. Ola bilsin, Ronni Deyla 2009-cu ilin iyulunda "Qarabağ"ın Norveç "Rusenborq"u ilə keçirdiyi görüşləri nəzərdə tutub.