1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Vaqif Sadıqov: "Rəqiblərimizin çoxu ortababdır" - MÜSAHİBƏ
Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasiminə qatılmış AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun Sportnet.az-a müsahibəsi
- Püşkatma necə keçdi?
- Hər şey möhtəşəm idi. Yəqin ki, özünüz də izlədiniz. Çox şadam və şərəf duyuram ki, Azərbaycan nümayəndə heyəti ilə birgə püşkatmada iştirak etdim.
- Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsində yer aldığı qrupu necə dəyərləndirirsiniz?
- Çox fikirlər səslənir ki, qrupumuz sərfəli və ya qeyri-münasibdir. Amma indi futbolda zəif rəqib yoxdur. Hər bir rəqibə qarşı ciddi hazırlaşaraq oynamaq və müsbət nəticə əldə etmək lazımdır. Məncə, qrupumuzda ortabab komandaların sayı çoxdur. Bu qrupda hər şey bizim özümüzdən asılı olacaq. Almaniyanı aşkar favorit, San Marinonu aşkar autsayder kimi görürük. Amma hər bir rəqibə qarşı ciddi hazırlaşmaq lazımdır. Bir sözlə, uğurlu nəticədən ötrü güclü yığma formalaşdırılmalı və bu komanda əlindən gələni etməyə hazır olmalıdır.
- Sizə elə gəlmirmi ki, Azərbaycan millisinin DÇ-2018 üçün heyəti artıq indidən formalaşdırılmalıdır?
- Milli komandanı formalaşdıran şəxs baş məşqçi Robert Prosineçkidir. Prosineçki bunu bizdən qat-qat yaxşı bilir. Təcrübəm onu göstərir ki, ən yaxşı, ən güclü futbolçular milliyə dəvət almalı və onlar yüksək nəticə üçün əllərindən gələni etməlidirlər. Bununla yanaşı, bir şeyi də anlamalıyıq ki, ən böyük vəzifəmiz 2020-ci il Avropa çempionatının final mərhələsinə vəsiqə olmalıdır. Cari seçmə tsikldə inamlı çıxışla optimal heyət, optimal oyun modeli və optimal nəticələr əldə edə, psixoloji cəhətdən gələcəyə ümidlə baxa bilərik. Məncə, ən vacibi budur. Bundan öncə də bildirmişəm ki, rəqibdən asılı olmayaraq, öz yığmamız güclü olmalı, inamlı təsir bağışlamalıdır. Bu komandanın qarşısında isə ən böyük vəzifə və məqsədlər qoyulmalıdır.
- Püşkatma mərasimi zamanı rəqib komandaların baş məşqçiləri ilə görüşünüz oldu?
- Xeyr, belə bir görüş olmadı. İndi fərqli sistemdir. Əvvəllər püşkatmadan sonra yığma nümayəndələri bir araya gələrək, qrupun təqvimini müzakirə edirdilər. İndi isə təqvimi müəyyənləşdirməkdən ötrü "kor püşk" atılır və hamıya elan olunur.
- Azərbaycan millisinin qrupu Məşqçilər Komitəsində müzakirə olunacaq?
- Bu gün bir araya gələrək, millimizin yer aldığı qrupu müzakirə edəcəyik. İşimizi davam etdiririk. Çalışacağıq ki, öz peşəkar rəyimizi bildirək.