"Bakı"nın sabiq baş məşqçisi Vinfrid Şaferin rəhbərlik etdiyi Yamayka milli komandası ABŞ və Kanadada keçirilən "Gold Cup" turnirinin gümüş medalını qazanıb. Sportnet.az-ın məlumatına görə, Şaferin komandası finalda Meksikaya məğlub olub - 1:3.
Bu, Meksika millisinin "Gold Cup" tarixində 7-ci qızıl medalı olub. Baş məşqçi Migel Herreranın komandası 2017-ci ildə Rusiya keçiriləcək Konfederasiyalar Kubokuna vəsiqə qazanıb. Şafer üçün ən önəmli oyun isə yarımfinalda ABŞ-la qarşılaşma olub. Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqtsun məsləhətçi kimi çalışdığı komanda ilə görüşdə Yamayka 2:1 hesablı qələbə qazanıb. Yekunda ABŞ millisi 3-cü yer uğrunda görüşdə Panamaya penaltilər seriyasında uduzaraq, medalsız qalıb. Şaferin komandası isə həm də turnirin "Fair Play" mükafatına layiq görülüb.
Qeyd edək ki, Vinfrid Şafer 2010-cu il iyunun 10-dan 2011-ci il yanvarın 18-dək "Bakı"nın baş məşqçisi olub. "Gold Cup" Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələrinin komandaları arasında təşkil olunur.