1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"də ŞOK itki
"Qəbələ" komandası Kipr "Apollon"u ilə keçirəcəyi Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu öncəsi futbolçu itkisi ilə üzləşib. Bu barədə Sportnet.az-a komandanın meneceri Səbuhi Səfiyarlı məlumat verib.
Onun sözlərinə görə, rumıniyalı yarımmüdafiəçi George Floresku iki gün öncə məşq zamanı qasıq nahiyəsindən zədələnib. Həkimlər onun bir həftəyədək məşq etməsinə qadağa qoyublar. Bu səbəbdən, 31 yaşlı oyunçu komanda ilə birgə səfərə çıxmayacaq. O, çox güman ki, cavab matçını da buraxmalı olacaq. Floresku daha öncə Serbiya "Çukariçki"si ilə Avroliqanın II təsnifat mərhələsinin cavab oyununda sarı vərəqə limitini keçdiyi üçün çıxış etməyib.
Qeyd edək ki, İyulun 30-da "Antonis Papadopulos" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.