
"Qəbələ" klubu yeni transferi Ermin Zetsi Kipr "Apollon"u ilə Avropa Liqasının III təsnifat mərhələsi üçün sifariş edəcək. Komandanın meneceri Səbuhi Səfiyarlının Sportnet.az-a verdiyi məlumata görə, bosniyalı hücumçu UEFA-ya təqdim olunan Sifariş Ərizəsinə bu gün əlavə olunacaq. 
27 yaşlı forvard Kiprə də aparılacaq. Amma onun ilk matçda meydana çıxıb-çıxmayacağı bilinmir. 
Qeyd edək ki, "Qəbələ" "Apollon"la oyuna sabah günorta saatlarında Bakı - Larnaka çarter reysi ilə yollanacaq. Görüş iyulun 30-da Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. 









                 





    
    
    
    
    
    
    
    
    





















































