
Komandamız Kiprdə "Apollon”la görüşüb. Roman Qriqorçuk ötən həftə Serbiya təmsilçisi ilə Bakıdakı oyunda meydana buraxdığı start "11-liy”ini dəyişməyib. İlk dəqiqələrdən meydana çıxan Aleksey Qay 60-cı, Rəşad Sadiqov isə 50-ci avrokubok qarşılaşmasında forma geyinib.
İkinci hissə də "Qəbələ”nin hücumlarıyla başlayıb. İlk təhlükə Zenyovdan gəlsə də, futbolçumuz oyundankənar vəziyyətə düşüb. Antonovun 21 metrdən vurduğu zərbə isə dəqiq alınmayıb. Daha çox hücum edən "qırmızı-qaralar”ın üzvlərindən Sadiqovla Rikardinyonun əlverişli mövqedən zərbələri çərçivəyə düşməyib. Joao Pedronun cərimə zərbəsindən sonra "Apollon” da qola yaxın olub. Freyrenin baş zərbəsi qapının üstündən keçib. "Qəbələ”nin yeni transferi Ermin Zeçin meydana çıxması ilə qonaqların hücumlarının kəsəri daha da artıb. Dodonun ötürməsindən sonra qapıçı ilə üz-üzə qalan bosniya və herseqovinalı çərçivəyə düşməyib. "Qəbələ” bərabərlik qolunu oyuna əlavə olunmuş vaxtda vurub. Cavid cərimə zərbəsindən topu qapıçı meydanına ünvanlayıb. Kiprlilərin Vojislav Stankoviçə qarşı hərəkəti penalti ilə nəticələnib. Hüseynov bu imkandan dəqiq istifadə edərək, "Qəbələ”yə ilk səfər heç-heçəsi qazandırıb – 1:1. Qoldan sonra hakim oyunu başa vursa da, qısa fasilədən sonra meydana qayıdan komandalar matçını son dəqiqələrini davam etdirib. Bununla da rəqib meydanlarında keçirdiyi əvvəlki 3 oyunda uduzan "Qəbələ” ilk heç-heçəsinə Kiprdə imza atıb.
Qeyd edək ki, "Qəbələ” və "Apollon” arasında cavab oyunu avqustun 6-da keçiriləcək.
"Apollon” (Limassol, Kipr) – "Qəbələ” (Azərbaycan) – 1:1
UEFA Avropa Liqası, III təsnifat mərhələsi, ilk oyun
30 iyul. Saat 22:00. Larnaka. "Antonis Papadopulos” stadionu
Baş hakim: Sergey Boyko (Ukrayna)
Yan xətt hakimləri: Aleksandr Korniyko, Vladimir Volodin (hər ikisi Ukrayna)
Dördüncü hakim: Anatoli Abdula (Ukrayna)
UEFA hakim-inspektoru: Eugen Striqel (Almaniya)
UEFA nümayəndəsi: Ronen Herşko (İsrail)
Sarı vərəqələr: Elizio, 54, Ürfan Abbasov, 62, Nuno Lopes, 69, Rikardinyo,75, Vojislav Stankoviç, 88, Freyre, 90+2 Qollar: Georgias Kolokudias, 14, Cavid Hüseynov, 90+4-pen. Artırılan vaxt: I hissəyə 1 dəq.; II hissəyə 4 dəq.
Ehtiyat oyunçular:23. İsli Xidi 27. Anjelis Anjeli 8. Farli 42. Kristos Viler
Baş məşqçi: Pedro Emanuel
"Qəbələ”: 22. Dmitri Bezotosnı 34. Ürfan Abbasov (21. Arif Daşdəmirov, 85) 3. Vojislav Stankoviç 44. Rafael Santos 20. Rikardinyo 6. Rəşad Sadiqov 66. Samir Zərgərov (10. Dodo, 36) 9. Sergey Zenyov 19. Aleksey Qay 14. Cavid Hüseynov 69. Aleksey Antonov (7. Ermin Zeç, 76)
Ehtiyat oyunçular:1. Andrey Popoviç 8. Məhəmməd Mirzəbəyov 15. Vitali Vernidub 11. Asif Məmmədov
Baş məşqçi: Roman Qriqorçuk