1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəşad Sadıqov hücum xəttindən şikayətləndi
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Şotlandiya "Seltik"i ilə Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir.
- Oyunu haqda fikirlərini bildirərdin...
- Oyun gərgin mübarizə şəraitində keçdi. 90 dəqiqə mübarizə apardıq ki, qol vuraq, amma alınmadı. Rəqib mərhələni keçdi.
- Hücuma böyük qüvvə ilə atılmırdınız. İlk hissədə Pupon, ikinci hissədə Reynaldo tək görünürdü...
- Rəqib elə idi ki, hücuma böyük qüvvə ilə getmək, üstünlüyü artırmaq olmurdu. Ustalığı yüksək səviyyəli oyunçulardan qurulmuşdu. Çox sürətli hücuma keçirdilər və böyük qüvvə ilə irəli getmək olmurdu. Gedəndə də görürdün ki, dərhal əks hücumda tuturlar. İlk hissədə yaxşı oynadıq. İkinci hissədə rəqib pressinq tətbiq etməyə başladı. Meydançanın vəziyyətinə görə hücuma çıxmaqda çətinlik çəkdik. Yenə də oyuna nəzarət edirdik, amma qol çatışmadı. Əslində fikirləşirəm ki, mərhələni biz birinci oyunda uduzduq. Çünki rəqib ilk oyunda çox təzyiq göstərdi. Amma ikinci hissədə nəzarət bizə keçmişdi. 75-ci dəqiqədən sonra rəqib tam geri çəkilmişdi. Ancaq bir dənə küncdən zərbə hər şeyi korladı. Bakıda da rəqib 1:0 hesab ilə üstün gəldi və oyunu geridən qurdu və istənilən nəticəni əldə etdilər.
- Komanda yoldaşların bildirdi ki, rəqib futbolçular təxribata çəkirdi...
- Belə şeylər olur. Rəqib hesabda irəlidədir və istəyir səni əsəbləşdirsin. Futbolda bu kimi hallar olur.
- Künc zərbəsindən sonra qol imkanın oldu. Həmin epizodu unutdun, ya uzun müddət yadından çıxmayacaq?
- 2-3 gün yadımdan çıxmayacaq. Sadəcə top tullana-tullana gəlirdi deyə tuta bilmədim. Fikirəşirəm ki, yerlə gəlsə, tutmaq asan olardı. Məşq zamanı bunu hazırlaşmışdıq və bütün topları çərçivəyə vururdum, amma həmin epizodda alınmadı.
- Meydançanın ot örtüyünün yaxşı vəziyyətdə olmaması komandanın oyununa nə dərəcədə təsir etdi?
- Bu haqda danışmaq istəmir, çünki hamı ot örtüyünün vəziyyətini gördü. Ancaq bunu bəhanə etmək fikrində deyiləm. Fikirləşirəm ki, "Seltik" layiqli olaraq mərhələ adladı.
- "Qarabağ" 4 oyuna cəmi 1 qol vurub. Bu, nə ilə əlaqədardır?
- Onu mən də düşünürəm. Elə paltardaəyişmə otağında da bu haqda düşünürdüm. Qol vurmaqda çətinlik çəkirik. Bunun üzərində işləməliyik. Qarşıda daha kəskin hücumlar qurmaq lazımdır.