Prezident İlham Əliyev 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına hazırlıqla bağlı sərəncam imzalanıb. Sportnet.az-ın məlumatına görə, sərəncamda Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və müvafiq idman federasiyaları tərəfindən milli komandaların formalaşdırılması istiqamətində mərhələli şəkildə hazırlıq işlərinin həyata keçirildiyi vurğulanıb.
Dövlət başçısı Azərbaycanın milli olimpiya komandasının XXXI Yay Olimpiya Oyunlarına mütəşəkkil hazırlanmasının lazımi səviyyədə təmin olunması məqsədi ilə qərara alıb:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin təqdim etdiyi xüsusi proqramlara əsasən milli yığma komandaların XXXI Yay Olimpiya Oyunlarına hazırlığı mərhələsində təlim-məşq toplanışlarının keçirilməsi, idmançıların rəsmi beynəlxalq yarışlarda iştirakı, ölkədə lisenziya yarışlarının təşkili, Azərbaycan nümayəndə heyətinin Olimpiya Oyunlarında iştirakı və digər tədbirlərin həyata keçirilməsi ilə bağlı zəruri maliyyə vəsaitinin ayrılmasını təmin etsin;
bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları gələn ilin 5 - 21 avqustunda keçiriləcək.
Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları gələn ilin 5 - 21 avqustunda keçiriləcək.