Topaz Premyer Liqasına "Kəpəz"lə heç-heçə edərək başlayan "Neftçi" heyətini daha bir futbolçu ilə gücləndirib. Sportnet.az Sport7.az saytına istinadən xəbər verir ki, ötən gün slovakiyalı Mixael Peskoviçlə münasibətləri rəsmiləşdirən bakılılar bu dəfə hücumçu ilə anlaşıblar.
Bu, ispaniyalı Antonio Salas Quintadı. 29 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanması gözlənilir.
Qeyd edək ki, onun sonuncu iş yeri Bolqarıstanın "Levski" klubu olub. Geridə qalan mövsümdə Sofia təmsilçisinin heyətində 28 dəfə meydanda olan Quinta rəqib qapıçıları 14 dəfə məyus edib. "Real Sosyedad" yetirməsi olan forvard ölkəsinin aşağı dəstələrində çıxış edən "Koria", "San Roque" "Real Xaen"və "Keuta" kimi klublarında çıxış edib. O, bundan başqa Yunanıstanın "Olimpiakos" (Volou) klubunun da şərəfini qoruyub.