1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rauf Əliyev "Neftçi"yə "ilişdi"
"Bir-iki nəfərə görə mənim üçün bu oyun prinsipiallıq daşımırdı”. Sportnet.az-ın məlumatına görə, bu sözləri "İnter” – Neftçi” qarşılaşmasından (1:0) sonra meydan sahiblərinin hücumçusu Rauf Əliyev CBC kanalının əməkdaşının sualların cavablandırarkən deyib.
"Gərgin oyun oldu. İlk dəqiqələrdən üstünlüyü ələ aldıq. Rəqibin 10 nəfərlə qalmağı bizim xeyirimizə oldu. Oyunumuzu oynadıq, qolumuzu da vurduq, amma sonda gözlənilmədən qırmızı vərəqə aldıq. Bundan sonra oyun əldən gedə bilərdi. Son 10 dəqiqədə çətinlik çəkdik. Amma əsas 3 xaldır və onu qazandıq” deyə Əliyev oyunu qiymətləndirib.
Sonda hücumçu ötən mövsüm onu "Neftçi”dən uzaqlaşdıran klub rəhbərliyinə də "ilişməy”i unutmayıb: "Necə ki, digər komandlara qarşı oynamışdım, bu oyuna da elə hazırlaşmışdım. Artıq hər şey keçmişdə qalıb. Bir-iki nəfərə görə mənim üçün bu oyun prinsipiallıq daşımırdı”.