1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" tam heyətlə
Avropa Liqasının pley-off mərhələsində Yunanıstanın "Panatinaikos” klubu ilə qarşılaşacaq "Qəbələ” ilk oyunun hazırlıqlarını davam etdirir. Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar” avqustun 20-də Bakıda baş tutacaq qarşılaşmaya paytaxtda hazırlaşır.
Azərbaycan təmsilçisi Topaz Premyer Liqasında II turun avqustun 15-də keçirilmiş AZAL-la oyunundan (2:0) sonra məşqlərinə ara verməyib. Zədəli futbolçular artıq komandanın hazırlıqlarına qoşulduğundan, "Qəbələ” tam heyətlə məşq keçib. Gündə bir dəfə məşq edən baş məşqçi Roman Qriqorçukun komandası hazırlıq prosesində əsasən toplu çalışmalara üstünlük verir.
Qeyd edək ki, Bakıdakı "Bakcell Arena”da baş tutacaq "Qəbələ” – "Panatinaikos” oyununu ingiltərəli Andre Marrinerin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Qarşılaşma saat 21:00-da başlayacaq.