
Cavadov Qaziantep komandası ilə 2 illik müqavilə bağlayıb. İmzalama mərasiminə klub prezidenti Abdulkadir Gözegir də qatılıb. Mətbuat katibi İbrahim Açıkgöz böyük hədəflərlə yola çıxan "Qaziantep Belediyespor" rəhbərliyinin güclü heyət qurmağa çalışdığını bildirib: "Heyətimizə daha bir önəmli oyunçu qatdıq. Cavadov artıq klubumuzun uğurları üçün tər tökəcək. O, Azərbaycanda 2009-cu ilin ən yaxşı futbolçusu seçilib. 25 yaşlı hücumçunun komandamıza faydalı olacağını düşünürəm".
Cavadovun Türkiyənin I Liqa klubu ilə anlaşdığına dair xəbəri ilk dəfə iyunun 24-də Sportnet.az yazıb.