AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında VI turun "Qarabağ” – "Neftçi” matçı ilə bağlı cəzaları açıqlayıb. "Report"un məlumatına görə, meydan sahibləri azarkeşlərinin davranışı üzündən 3000 manat, qonaq komanda isə futbolçularının kobudluğu səbəbindən 1000 manat ziyana düşüb.
Oyunun 62-ci və 89-cu dəqiqəsində "Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atılıb, 90+3-cü dəqiqədə isə pirotexniki vasitələrdən istifadə olunub. Kənar əşyalar Ağdam klubunun 2000 manat, pirotexniki vasitələr isə 1000 manat cərimələnməsinə səbəb olub. "Neftçi” isə 5 futbolçusu sarı vərəqə aldığı üçün 1000 manat cərimə ödəyəcək.
Qeyd edək ki, oyun 1:1 hesablı heç-heçə ilə nəticələnib.