1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dünya çempionatında sensasiya
Şotlandiyanın paytaxtı Qlazqoda keçirilən dünya çempionatında kişi idman gimnastikası üzrə təsnifat yarışları keçirilib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçiləri Petro Paxnyuk və Oleq Stepko 30 oktyabr tarixində ən güclü 24 gimnastın qalib müəyyən edəcəyi çoxnövçülük finalına vəsiqə qazana bilməyiblər.
Buna baxmayaraq, qarşıya qoyulan minimum məqsədə nail olunub. Stepkonun çoxnövçülük təsnifatında topladığı xal sayəsində, 1 Azərbaycan təmsilçisi 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparmaq üçün test turnirinə yollanacaq.
Qeyd edək ki, Rio-2016-nın təsnifat qaydalarına əsasən, komanda tərkibində mübarizə aparmış idmançılardan sonra ilk 24 yeri tutmuş gimnastlar, gələn ilin aprel ayında həmçinin Olimpiadaya lisenziyaların oynanılacağı test turnirində iştirak etmək üçün Rio-de-Janeyro şəhərinə toplaşacaqlar. Oleq Stepkonun parallel qollarda əldə etdiyi nəticə (15.7 xal) isə, ona 1 noyabr tarixində bu alət üzrə keçiriləcək finalda iştirak etmə imkanı verib.
Hazırki dünya çempionatı artıq Beynəlxalq Gimnastika Federasiyasının rəsmi məqaləsində qeyd olunan sensasiyalarla yadda qalıb. London-2012-dəki qızıl çıxışlarından üç il sonra Epke Zonderland (Hollandiya), Artur Zanetti (Braziliya) və Kristian Berke (Macarıstan) Qlazqodakı idmançı kütləsində itərək, çempionatın finallarına vəsiqə qazana bilmədilər. Ən çox itirən gimnastika atı üzərində üçqat dünya çempionu Berkedir. Çünki, o, Rio-2016-ya lisenziya imkanı verəcək medal əldə etməyə ümid edirdi. İndi isə Berkenin Oyunlara qatılmaq üçün yalnız kiçik şansı var. Zonderland turnikdən aşağı enərkən yol verdiyi səhv ucbatından finallarda iştirak edə bilməyəcək, lakin Hollandiya idmançıları ilə aprel ayındakı Test Turnirində Oilmpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparmaq üçün ikinci şans əldə edəcək. Halqalar üzərində çıxışa görə toplanan xallar cüzi fərqlə bir-birinə o qədər yaxın idi ki, Londonda qızıl medalçılar arasında ən yaxşı çıxış nümayiş etdirmiş Zanetti finalda artıq oldu. Lakin bu üç idmançıdan ən çox onun bəxti gətirdi, çünki Braziliya komandası artıq Rioya vəsiqə qazanıb.