Hazırda Voleybol Mərkəzində "Azəryol"la Rumıniya "Tarqovitse"si arasında keçirilən CEV Kubokunun 1/16 final mərhələsinin cavab görüşündə maraqlı olay yaşanıb. Sportnet.az-ın məlumatına görə, oyunun 3-cü setini "Azəryol" 3:0 hesabı ilə öndə tamamlayan kimi tamaşaçıların bir çoxu tribunaları tərk etməyə başlayıb.
Halbuki ilk görüşdə Azərbaycan təmsilçisi 0:3 hesabı ilə uduzduğu üçün, qaydalara əsasən, "tay-brek" adlanan əlavə hissə də keçirilməli idi. Bundan xəbərsiz tamaşaçılar çölə axın ediblər. Lakin onların bəziləri komandaların hələ meydanı tərk etmədiyini gördükdən sonra ayaq saxlayıblar.
Qeyd edək ki, matçı izləyənlər arasında Azərbaycan yığmasının voleybolçuları, Azərbaycan Voleybol Federasiyasının rəsmiləri və "Azəryol"un prezidenti Cəmil Rüstəmxanlı da var.