
19 yaşadək futbolçulardan ibarə AVRO-2016-nın II turunda Türkiyə və Azərbaycan komandalarının oyununda dava düşüb. Sportnet.az-ın məlumatına görə, millinin üzvləri fair-play qaydasına əməl etməyib.
Bu isə türkiyə yığmasının etirazına səbəb olub. Millinin üzvü Elnur Cəfərovla rəqib futbolçular arasında mübahisə yaşanıb. Hakimin müdaxiləsindən sonra ara sakitləşib. Cəfərov isə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.