"Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Gənc oyunçularla oynadıq. Uşaqlar üçün böyük məktəb oldu".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın məşqçisi Veliçko Kaplanoviç səfərdə "Zirə"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXXII tur matçından sonra mətbuat konfransında deyib.
Serbiyalı mütəxəssis maksimumlarını ortaya qoyduqlarını bildirib: "Təbii ki, xal da qazana bilərdik. Amma alınmadı. Komandam haqqında pis nə isə deyə bilmərəm. Uşaqlar maksimumunu ortaya qoydular".
Kaplanoviç "Qarabağ"a qarşı evdə keçirəcəkləri son tur matçı barədə də danışıb: "Təbii ki, bu, eyni deyil. Son oyun olsa da, bizim üçün vacibdir. Oyun da Sumqayıtda olacaq, özü də "Qarabağ"a qarşı. Maksimumu etməyə çalışacağıq".








































































