"Qəbələ"nin digər hücumçusu Ermin Zets isə zədəsini sağaltdığı üçün oyuna yollananlar arasında yer alıb. Bosniya və herseqovinalı futbolçu jurnalistlərə açıqlamasında
"Ağır oyun olacaq, lakin biz sonadək mübarizə aparacağıq. Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Ermin Zets Yunanıstanda PAOK-la keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin V tur matçı öncəsi deyib.
Bosniya və herseqovinalı hücumçu Bakıdakı oyunu səfərdə də nümayiş etdirəcəklərini bildirib: "Biz hələ ilk oyunda göstərdik ki, nəyə qadirik. Həmin matçda qolsuz heç-heçə qeydə alınsa da, xarakter nümayiş etdirmişdik. Bu oyunda da yaxşı şansımız var. Qələbə qazanmaq üçün oynayacaq, sona kimi mübarizə aparacağıq".
Zets PAOK-un çılğın azarkeşlərinin onlara problem yaratmayacağını da əlavə edib.
Qeyd edək ki, "Qəbələ" yalnız qələbə qazanacağı halda, növbəti mərhələ şanslarını qoruyacaq. Amma bunun üçün turun digər matçında Almaniyanın "Borussiya" (Dortmund) komandası Rusiyada "Krasnodar"a xal verməməlidir.