
Bu gecə daha 4 qrupda keçirilmiş 8 oyunla Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, əsas diqqətlər İspaniyanın paytaxtı Madriddə "Atletiko" ilə Türkiyənin yeganə təmsilçisi "Qalatasaray" arasındakı C qrupunun görüşünə yönəlib.
"Sarı-qırmızılar" bu oyunda qalib gələ bilməsəydilər, qrupda qalacaqdılar. "Qalatasaray"ı matça yeni baş məşqçi Mustafa Dənizli yox, məşqçi Klaudio Taffarel çıxarıb. Dənizlinin tribunadan izlədiyi görüş "Atletiko"nun qələbəsi ilə yekunlaşıb. Antuan Qrizmannın "dubl"u sayəsində Madrid təmsilçisi Qazaxıstanda "Astana"ya məğlubiyyətdən çətinliklə qurtulan Portuqaliya "Benfika"sı ilə birgə 1/8 finala vəsiqəni təmin edib.
İspaniyanın digər təmsilçisi "Real Madrid" Ukraynada "Şaxtyor" üzərində 4:3 hesablı qələbə sayəsində 1/8 finala vəsiqəni A qrupunun lideri kimi təmin edib. Digər vəsiqə İsveçdə "Malmö"nü 5 cavabsız qolla keçən Fransa PSJ-sinə qismət olub.
D qrupunda da "pley-off"a hər iki vəsiqə sahibini tapıb. Bu turadək növbəti mərhələni təmin etmiş İngiltərənin "Mançester Siti" klubu minimal hesabla uduzduğu İtaliya "Yuventus"u ilə birgə mərhələ adlayıb. Almaniyanın "Borussiya" (Mönhenqladbax) komandası isə Avropa Liqasının son qalibi "Sevilya"ya 4:2 hesabı ilə qalib gələrək, 3-cü pilləyə yüksəlib.
B qrupunda heç bir komanda "pley-off"a vəsiqəni hələ təmin edə bilməyib. Əvəzində Rusiya MOİK-i ən yaxşı halda 3-cü pillə uğrunda mübarizə aparacaq. "Hərbçilər" evdə Almaniya "Volfsburq"una uduzduqdan sonra 1/8 final şanslarını itirib. Gecənin qolsuz yekunlaşan yeganə matçında İngiltərə "Mançester Yunayted"i Hollandiya PSV-sini yenə bilməyib.
Çempionlar Liqası
Qrup mərhələsi, V tur
A qrupu
23:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Real" (Madrid, İspaniya) - 3:4
Qollar: Aleks Teyşeyra, 77-penalti ilə; 88. Dentinyo, 83 - Kriştianu Ronaldu, 18; 70. Luka Modriç, 50. Dani Karvaxal, 52
Baş hakim: Bas Nijhuys (Hollandiya)
23:45. "Malmö" (İsveç) - PSJ (Fransa) - 0:5
Qollar: Adrian Rabyo, 3. Anxel Di Mariya, 14; 68. Zlatan İbrahimoviç, 50. Lukas, 82
Baş hakim: Uilyam Kollum (Şotlandiya)
Xal durumu: "Real Madrid" - 13, PSJ - 10, "Şaxtyor" - 3, "Malmö" - 3.
B qrupu
21:00. MOİK (Moskva, Rusiya) - "Volfsburq" (Almaniya) - 0:2
Qollar: İqor Akinfeyev, 67-öz qapısına. Andre Şürrle, 88
Baş hakim: Canluka Rokki (İtaliya)
23:45. "Mançester Yunayted" (İngiltərə) - PSV (Hollandiya) - 0:0
Baş hakim: Pavel Kralovets (Çexiya)
Xal durumu: "Volfsburq" - 9, "Mançester Yunayted" - 8, PSV - 7, MOİK - 4.
C qrupu
19:00. "Astana" (Qazaxıstan) - "Benfika" (Portuqaliya) - 2:2
Qollar: Patrik Tvumasi, 19. Marin Aniçiç, 31 - Raul Ximenes, 40; 72
Baş hakim: Ruddi Buke (Fransa)
23:45. "Atletiko" (Madrid, İspaniya) - "Qalatasaray" (Türkiyə) - 2:0
Qollar: Antuan Qrizmann, 13; 65
Baş hakim: Nikola Ritsoli (İtaliya)
Xal durumu: "Atletiko" - 10, "Benfika" - 10, "Qalatasaray" - 4, "Astana" - 3.
D qrupu
23:45. "Yuventus" (İtaliya) - "Mançester Siti" (İngiltərə) - 1:0
Qol: Mario Mancukiç, 18
Baş hakim: Feliks Brıx (Almaniya)
23:45. "Borussiya" (Münhenqladbax, Almaniya) - "Sevilya" (İspaniya) - 4:2
Qollar: Lars Stindl, 29; 83. Fabian Conson, 68. Raffael, 78 - Vitolo, 82. Ever Baneqa, 90+1 - penalti ilə
Baş hakim: Damir Skomina (Sloveniya)
Xal durumu: "Yuventus" - 11, "Mançester Siti" - 9, "Borussiya" - 5, "Sevilya" - 3.