Azərbaycan millisinin futbolçusu Cavid Hüseynov "Bakı" komandası ilə yollarını ayırıb. Klubdan Sportnet.az-a verilən məlumata görə, 26 yaşlı yarımmüdafiəçi transfer vərəqini də özü ilə götürüb.
Onunla anlaşma qarşılıqlı razılaşma əsasında pozulub. O, "Bakı" rəhbərliyi ilə görüşündə yeni mövsümdən "İnter"in şərəfini qoruyacağını bildirib. Artıq Hüseynovdan başqa "Bakı"nın digər üzvləri - Rauf Əliyev və Əfran İsmayılov da komandanı tərk etməyə hazırlaşır. Amma hələlik onlarla bağlı məsələ rəsmiləşməyib.

Qeyd edək ki, Cavid Hüseynov karyerası ərzində MOİK, "Turan", Olimpik", "İnter", "Neftçi", həmçinin Türkiyənin "Adana Dəmirspor"unun da formasını geyinib.