1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kəpəz"in kapitanı üzr istədi
"Qələbə qazanmalıydıq, təəssüflər olsun ki, uduzduq. Məğlubiyyətə görə komandanın adından azarkeşlərimizdən üzr istəyirəm. İstəməzdik belə olsun". Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in kapitanı Tural Axundov klubun rəsmi saytına açıqlamasında deyib.
Azərbaycan kubokunun 1/8 final mərhələsində "Xəzər Lənkəran"la səfər oyununda minimal hesablı məğlubiyyətdən danışan Axundov Premyer Liqada qış fasiləsinə qədər maksimum nəticə göstərməyin vacibliyindən danışıb: "Fərqlənmək üçün imkanlarımız oldu, sadəcə, qol epizodlarını reallaşdıra bilmədik. Rəqibin qapısına doğru təşkil olunan hücumları qolla tamamlamalı idik. Problem qol vura bilməməyimizdədir. Böyük hesabla uda da bilərdik, uduza da. Bu məğlubiyyəti yaddan çıxardıb, fikrimizi çempionata cəmləməliyik. Qış fasiləsinə kimi dörd oyun qalıb. Maksimum nəticə göstərib turnir cədvəlində vəziyyətimizi yaxşılaşdırmalıyıq".
"Kəpəz" iki həftədən sonra yenidən "Xəzər Lənkəran"la üz-üzə gələcək. Bu dəfə "sarı-göylər" Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində cənub regionuna səfər edəcək. Futbolçu həmin görüş haqda bunları deyib: "Çempionat oyununda qələbə qazanmaqla kubokdakı məğlubiyyətin revanşını almağa çalışacağıq. İnşallah, üç xal bizim olacaq".