1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cüdoçumuz "Böyük dəbilqə"də medal qazandı
Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə "Böyük dəbilqə” yarışının üçüncü günü Azərbaycan milli komandası üçün uğurlu olub. Sportnet.az-ın məlumatına görə, ölkəmizi 100 kq çəki dərəcəsində təmsil edən Elmar Qasımov bürünc medala sahib olub.
Qasımov ilk görüşündə tatami sahibi Aaron Volfu məğlub edib. Növbəti qarşılaşmalarda o, almaniyalı Dino Pfeyffer və kubalı Joz Armenter üzərində qələbə qazanıb. Yarımfinalda cüdoçumuz yaponiyalı dünya çempionu Haqa Rinosukeyə uduzaraq bürünc medal uğrunda mübarizəyə qoşulub. Qasımov bu mərhələdə Qazaxıstan təmsilçisi Maksim Rakova qalib gəlib və "Böyük dəbilqə”nin bürünc medalını qazanıb.
Digər təmsilçimiz Elxan Məmmədov isə məğlub olaraq mükafatçılar sırasına düşə bilməyib.
Beləliklə, yarışa cəmi iki cüdoçu ilə qatilan milli komandamız Yaponiyada medal sevinci yaşamağı bacarıb.