
Avstriyada təlim-məşq toplantısında olan "Neftçi"nin növbəti rəqibi müəyyənləşib. Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadənin Sportnet.az-a verdiyi məlumata görə, bu, Çexiyanın "Prşibram" komandasıdır.
Ötən mövsümü 12-ci pillədə başa vurmuş "Prşibram"la görüş iyulun 9-da keçiriləcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Qeyd edək ki, "Neftçi" Avstriya toplanışında hələlik 2 yoxlama matçı keçirib. Flaqman Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə 2:2 hesablı heç-heçə etdikdən sonra Rumıniya "Botoşani"sinə böyük hesabla uduzub - 0:3.