1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Xəzər Lənkəran"dan qalmaqallı futbolçuya ŞOK TƏKLİF
"Xəzər Lənkəran" klubu Türkiyə milli komandasının və "Beşiktaş"ın sabiq futbolçusu İbrahim Toramanı transfer etmək üçün hərəkətə keçib. Sportnet.az-ın "Fotomaç"a istinadən məlumatına görə, 33 yaşlı müdafiəçiyə əlverişli şərtlərlə 2 illik müqavilə təklif olunub.
Toraman təklifi qəbul etsə, ilinə 1,5 milyon avro qazanacaq. Üstəlik, o, "ağ-yaşıllar"ın yeni kapitanı olacaq. Hazırda "Xəzər Lənkəran"ın sarğısını Azərbaycan millisində də çıxış edən Rahid Əmirquliyev daşıyır. Daha öncə baş məşqçi Oğuz Çətinin komandasından türkiyəli hücumçu Semih Şentürkə sərfəli təklif ünvanlandığına dair xəbərlər yayılıb. Lakin az sonra Şentürk yerli klublardan biri ilə anlaşıb.
Qeyd edək ki, İbrahim Toraman "Beşiktaş"a 2004-cü ildə "Qaziantepspor"dan keçib. O, "qartallar"ın heyətində uzun müddət çıxış etməsinə baxmayaraq, qalmaqalları ilə də daim diqqət mərkəzində olub. O, 2010-2011-ci il mövsümündə komanda yoldaşı İbrahim Üzülməzlə dava edib. Həmin münaqişədən sonra rəhbərlik Toramanı yox, Üzülməzi heyətdən kənarlaşdırıb. Ötən mövsüm isə təcrübəli futbolçu daha bir komanda yoldaşı Sezer Öztürklə dalaşıb. Baş məşqçi Slaven Biliç isə Toramanı qeyri-müəyyən müddətədək əsas heyətdən uzaqlaşdırıb. Toramana hələ ötən ilin martında Mustafa Dənizlinin "Xəzər Lənkəran"ın baş məşqçi postuna gətirilməsindən sonra da təklif ünvanlandığına dair xəbərlər yayılmışdı.