1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Valletta"nın baş məşqçisi: "Tərəflər arasında böyük səviyyə fərqi var"
Maltanın "Valletta" klubunun baş məşqçisi Gilbert Aqius Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la keçirəcəkləri oyunlar barədə danışıb. Sportnet.az-ın məlumaıtna görə, o, Ağdam klubunun Avstriyadakı təlim-məşq toplanışı vaxtı yoxlama matçlarını izlədiyini deyib.
O, komandalar arasında səviyyə fərqinin olduğunu bildirib: "Biz "Qarabağ"ın potensialına bələdik. Tərəflər arasında fərq olduğuna baxmayaraq, ruhdan düşmürük. "Qarabağ" avrokubok oyunlarının "pley-off” mərhələsinə qədər yüksəlib. Səfər oyunu bizim üçün çox çətin olacaq. Avropa Liqasındakı təmsilçilərimizin səfər oyunlarında göstərdikləri nəticələr bunun göstəricisidir. Hər bir baş məşqçinin öz fikirləri var. Bəzən oyun vaxtı nəyisə dəyişmək mümkün olmur. Lakin biz hər şeyə hazırıq".
40 yaşlı mütəxəssis Maltada yerli futbolçu transfer etmək üçün yaranan çətinlikdən də danışıb: "Demək olar ki, yerli futbolçularla müqavilə imzalamaq qeyri-mümkündür. Buna səbəb Maltada olan vergilərdir. Hətta müqaviləsi olan futbolçulara görə böyük məbləğdə vergilər ödənilməlidir".