
Bu gün Avropa Liqasının II təsnifat mərhələsində paytaxtın "İnter" klubu İsveçin "Elfsborq" kollektivinin qonağı olacaq. Sportnet.az-ın məlumatına görə, Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi komanda skandinaviyalıları Moldova "Tiraspol"una yaşatdıqları aqibətlə üzləşdirmək əzmindədirlər.
İlk mərhələdən azad olan "Elfsborq" hazırda davam edən İsveç çempionatının 4-cü pilləsində qərarlaşıb. Lakin 15-ci turda sonuncu yerdə məskunlaşan "Brommapoykarna" ilə evdə etdikləri 2:2 hesablı heç-heçə, komandamızı nikbin əhval-ruhiyyəyə kökləyir.
Tarixi ərzində heç vaxt avrokubokların 3-cü mərhələsinə yüksəlməyi bacarmayan "bankirlər" Skandinaviya təmsilçiləri ilə və bu ölkələrin oyun üslubu ilə tanışdırlar. Ancaq bir məqam da var ki, "İnter" də atletik futbola üstünlük verir və belədə, ifaçıların fərdi səviyyəsi ön plana keçir ki, "Elfsborq" Azərbaycan vitse-çempionundan az da olsa öndədir. Üstəlik İsveç çempionatı hazırda davam edir və bu da meydan sahiblərinə əlavə üstünlük verir.
Ancaq "İnter"in şanssız olduğunu da söyləmək doğru olmaz. İntizamlı komanda kimi tanınan "bankirlər"in daha bir "kozır"ı oturuşmuş heyətə sahib olmasıdır.
Səfər qarşılaşmasında təmsilçimizə fərqlənmək lazımdır. Çünki "İnter"in qol vurmaq probleminin olması heç kimə sirr deyil. Buna görə də İsveçdən elə hesabla qayıtmaq lazımdır ki, Bakıda qolsuz bərabərlik də təmsilçimizi 3-cü raunda çıxarsın.
17 iyul
Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyun
21:00 "Elfsborq" (İsveç) - "İnter" (Azərbaycan) - 0:1
Qol: Slavço Georgiyevski, 29
Start heyətlər:
"Elfsborq": 30. Hassan, 6. Yönsson, 7. Larsson (kap.), 12. Holmen, 15. Klarström, 8. A.Svensson, 25. Rohden, 10. Bekmann, 16. Klaesson, 17. Frik, 24. Prodell
Ehtiyat oyunçular: 1. Stur-Elleqaard, 11. Mobek, 13. Zeneli, 19. Hedlund, 20. Lundqvist, 21. Hauqer, 9. L.Nilsson
Ehtiyat oyunçular: 25. Səlahət Ağayev, 4. İvan Alexandro, 17. Məhəmməd Mirzəbəyov, 7. Abdulla Abatsiyev, 9. Mirzağa Hüseynpur, 11. Asif Məmmədov, 24. Fuad Bayramov
Baş məşqçi: Kaxaber Tsxadadze
Baş hakim: Davide Massa (İtaliya)
Boras şəhəri, "Boras Arena.
Dəq.5. İlk dəqiqələrdə "İnter" daha ehtiyatlı davranır
Dəq.8 Madriqal əla imkan yaxalasa da, topu şox yubatdı
Dəq.9 Tsxadadzenin 23 metrlikdən endirdiyi zərbə qapının üstündən keçdi
Dəq.11 Meza Koli sarı vərəqə alır
Dəq.14 Madriqal yenə də start sürətində zəif olduğunu göstərir və daha bir epizodda təhlükə yarada bilmir
Dəq.17 Tpa daha çox "İnter"in nəzarət etməsi nikbinliyə əsas verir
Dəq.19 Prodelin baş zərbəsi təhlükəli olsa da, top Lomayanın qoruduğu qapıdan aralı keçir
Dəq.20. Şpiçiçin qüvvətli zərbəsini Hassan dəf edir
Dəq.22 Oyunun gedişatı qonaqların gec-tez qol vuracağından xəbər verir
Dəq.24 Mikel Alvaro 7-8 metrlikdən başla dəqiq zərbə endirə bilmir
Dəq.28 Larssondan olduqca təhlükəli ötürmə, lakin topa çatan olmadı
Dəq.29. QOL!!! Slavço Georgiyevski hava-su kimi lazım olan qolumuzu vurdu!
Dəq.31 Baçana Tsxadadze və Dieqo Madriqal rəqib qolkiperlə üz-üzə qaldılar. Ancaq komandamızın baş məşqçisinin oğlunun "özfəaliyyəti" "İnter"in 2-ci qol vurmasına əngəl olur
36. Baçananın bir qədər öncəki epizodu boşa verməsi təmsilçimizlə acı zarafat edə bilər
Dəq.40 Klaesson sarı vərəqə alır
Dəq.43 Dieqo Madriqal Hassanla təkbətək çıxsa da, "İnter" növbəti qol şansından istifadə etmir. Meydan sahiblərin əks-hücumundan sonra bəxt "bankirlər"in tərəfində oldu
Dəq.44 Svensson rəsmi xəbərdarlıq aldı
FASİLƏ
İlk yarıda Azərbaycan vitse-çempionunun yaratdığı qol epizodlarını bir əlin barmaqları ilə sayıb qurtarmaq olmaz. Futbolun tərs üzü barədə "kifləmək" bilməyən misalı xatırlatmaq istəmirik. Ümid edək ki, Kaxa Tsxadadze 15 dəqiqəlik fasilə zamanı oğlu başda olmaq şərti ilə, hücumçularına "qulaqburması" verəcək.
İkinci hissə başladı
Dəq.50. Baçana Tsxadadzenin zərbəsi təhlükəli alınsa da, top qapının üstündən keçdi
Dəq.53 Klaström sarı vərəqə aldı
Dəq.53. Yönsson sarı vərəqə alır
Dəq. 56 Lomaya məharətini nümayiş etdirir
Dəq.58 Bekmman hesabı bərabərlişdirməyə yaxın olsa da, bəxt "İnter"in tərəfindədir
Dəq.59 Slavço Georgievski qapıçı ilə təkbətək qalır və topu küncə göndərmək əvəzinə rəqib qolkiperin üstünə vurur. Hassan topu qapı xəttindən kənara çıxarır
Dəq.62 Lundqvist Klaströmün əvəzinə meydana daxil olur
Dəq.63 Hüseynpur Tsxadadzeni əvəzləyir
Dəq.64 Madriqal yenə təkbətəkdən yararlana bilmədi
Dəq.67 Bu dəfə Alvaro yaxın məsafədən çərçivəni dəqiq nişan ala bilmir
Dəq.68 Mikel Alvaro yenə də qol fürsətini qaçırır.
Dəq.70 Frikin əvəzinə medançaya Lars Nilssen daxil olur
Dəq.74 Asif Məmmədov Madriqalı əvəzləyir
Dəq.75 Lars Nilssonun yaxın məsafədən zərbəsi zəif alınır. Top Lomaya üçün "asan yem" olur
Dəq.78 Georgi Lomaya 1 dəqiqə kəsiyində 2 dəfə komandamızı qoldan xilas edir.
Dəq.79. Alvaro yaxın məsafədən növbəti qol şansını qaçırır.
Dəq.81 Larsson sarı vərəqə alır
Dəq.83 Ən təhlükəli dəqiqələr başlayır. Tsxadadze futbolçularını müdafiəyə meylli oynatmalıdır. Axı indi "Elfsborq" böyük qəvvəylə irəli atılacaq
Dəq.85 Hedlund Klaessonu əvəzləyir
Dəq.88 Asif Məmmədov 23 metrdən qapıya zərbə endirir. Düz qapıçının üüstünə
Dəq.90 Oyuna 3 dəqiqə əlavə olunur
Dəq.90+3 Mikel Alvaronu İvan Alexandro əvəzləyir
Oyun başa çatdı