
Süleymanov Sloveniya "Koper"i ilə Avropa Liqasının II təsnifat mərhələsindəki ilk görüşdən sonra istefa qərarı verməsini büdcəsi "Neftçi"dən qat-qat aşağı olan rəqibə uduzmaları ilə əsaslandırıb: "Rəqibi aşağılamaq istəməzdim. Amma "Neftçi"nin hazırkı potensialı "Koper"dən minimum 10 dəfə üstündür. Büdcəsi maksimum 2 milyon avro olan komandaya uduzmağa haqqımız yox idi. Sloveniyalılar qol vurmadı, biz öz qapımızdan 2 top keçirdik. Düzdür, bəxtimiz də gətirmədi, amma belə səhvlərdən qol buraxmaq olmaz. Hələ cavab görüşü var, futbolçularımıza inanıram".