Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşündə Sloveniya "Koper"inə 1:2 hesablı ev məğlubiyyətindən sonra keçirilmiş mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyevlə "Komanda" qəzetinin baş redaktoru Rəşad Ergün arasında qalmaqal baş verib. Sportnet.az-ın məlumatına görə, insident həmkarımızın flaqmanın yerli futbolçularından narazılıqlarını ifadə etməsindən sonra yaşanıb.
Bu zaman iki şəxs arasında söz savaşı başlayıb. Konfrans zalında olan baş məşqçinin böyük oğlu həmkarımızın üzərinə yeriyib, kiçik oğlu isə aranı sakitləşdirməyə çalışıb. Mühafizəçilər B.Hacıyevin böyük oğlunu çölə çıxarıblar. Daha sonra baş məşqçinin özü Ergünə emosional formada etirazını bildirib. Məsələyə digər həmkarlarımızın müdaxiləsindən sonra ara sakitləşib.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |