1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Koper"in baş məşqçisi: "...Onun adından üzr istəyirəm"
Sloveniyanın "Koper" klubunun baş məşqçisi Rodolfo Vanoli Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə ilk oyundan sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatan görüşdən sonra Vanoli mübahisəli suallardan yayınıb.
- "Neftçi"ni təbrik edirəm. Böyük oyunçuları var və yaxşı oyun göstərdilər. Biz həmişəki kimi oynadıq. Bu gün "Neftçi"yə hörmət etdik. Rəqibə boş zona verməməyə çalışdıq. Futbolçularımdan razıyam və ümid edirəm ki, cavab oyununda da bu cür oyun göstərəcəklər. Hələ qaşrıda cavab görüşü var. Bilirəm ki, bizi Sloveniyada çox çətin oyun gözləyir. Bu gün burada oynamaq mənim üçün böyük bir şərəf idi.
- Meydanda sərt mübarizə vardı. Həmin sərtlik baş məşqçilər arasındada gərginlik yaratdı...
- Məncə çox düzgün oyun getdi. Biz futbol oynadıq və hər iki komanda qələbə qazanmaq istəyirdi. Elə bilirəm ki, yaxşı futbol izlədik.
- Böyükağa Hacıyevlə mübahisəniz də futbol idi?
- Biz mübahisə etməmişik.
- Bugünkü oyunda "Neftçi"ni yetərincə təhlil edə bildiniz. Azərbaycan klubunun şansını necə dəyərləndirirsiniz?
- Bu matçın ikinci hissəsini oynamalıyıq. Yeni oyuna 0:0-dan başlamaq lazımdır. Burada oynadığımız oyunu orada da göstərməyə çalışacağıq.
- Qapıçınız gözəl oynadı. Ancaq son dəqiqələrdə sizin qapıçının hərəkətləri həm azarkeşləri, həm də "Neftçi"nin oyunçularını özündən çıxardı.
- Belə bir hadisə baş veribsə, qapıçımızın adından üzr istəyirəm. Çalışmışıq ki, həmişə ədalətli oyun göstərək.