Hollandiyada yeni mövsümün hazırlıqlarını davam etdirən "Qəbələ" toplanış çərçivəsində ilk oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar" yerli "Arnem"lə qarşılaşıb.
Oyun baş məşqçi Dorinel Muntyanunun komandasının 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qəbələ" meydana bu heyətlə çıxıb: Anar Nəzirov, Elnur Allahverdiyev, Rafael Santos, Pavol Farkaş, Ruslan Əmircanov, Adrian Ropotan, Ruslan Abışov, Dodo, Cavid Hüseynov, Elvin Camalov, Andrey Kristea.

Matç əvvəldən axıradək "Qəbələ"nin üstünlüyü şərairtində keçib. İlk hissə ərzində "qırmızı-qaralar" bir neçə əlverişli qol epizodu yaratsa da, fasiləyə kimi hesab açılmayıb. İkinci hissədə Dorinel Muntyanu meydançaya Viktor Mendi, Nizami Hacıyev, Pulhak, Ürfan Abbasov, Müşfiq Teymurov, Sadiq Quliyev, Şirməhəmməd Məmmədov, Murad Musayev və Volodimir Levini buraxıb.
"Qəbələ" rəqibin müqavimətini 73-cü dəqiqədə qırmağı bacarıb. Nizamı Hacıyev hesabı açıb. 2 dəqiqə sonra Murad Musayev Nizami Hacıyevin künc zərbəsindən ötürdüyü topu başla tora göndərib. 82-ci dəqiqədə hesab arasındakı fərq 3-ə çatıb. Kristea dəqiq zərbə ilə rəqibi meydançanın mərkəzinə dəvət edib. Matçda son nöqtəni də rumıniyalı qoyub. 85-ci dəqiqəyə təsadüf edən qolla Kristea dublunu rəsmiləşdirib. Beləliklə, "Qəbələ" Hollandiyada keçirdiyi ilk sınaq oyununda 4:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, növbəti rəqib Hollandiyanın digər klubu AZ olacaq. Matç iyulun 20-də baş tutacaq.