
Yeni mövsümdən Premyer Liqada çıxış edəcək "Araz Naxçıvan" daha bir transfer həyata keçirib. Sportnet.az-ın əldə etdiyi məlumata görə, Elhad Nəziri Əsgər Abdullayevin sərəncamında çalışacaq.
22 yaşlı futbolçunun Rumıniya klubları ilə danışıq apardığı deyilsə də, müdafiəçinin dünən Naxçıvan klubunun düşərgəsinə qoşulub. Nəziri ilə 1 illik müqavilənin bağlanması nəzərdə tutulub.
Qeyd edək ki, "Araz Naxçıvan" daha öncə Emin Cəfərquliyev, Qərib İbrahimov, Budaq Nəsirov, Vüqar Əsgərov və Əli Bağırovla müqavilə imzalayıb.









































































