
Avropa Liqasının II təsnifat mərhələsində Sloveniya "Koper"i ilə təkrar qarşılaşmada üz-üzə gələcək Bakının "Neftçi" klubunun səfər planı məlum olub. Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Sportnet.az-a verdiyi məlumata görə, "ağ-qaralar" səfərə Bakı-İstanbul-Lyublyana reysi ilə yollancaqlar.
İyulun 24-də təkrar oyuna çıxacaq paytaxt təmsilçisi bundan 1 gün öncə Sloveniyaya çatacaq. Azərbaycan Kubokunun sahibi Koperdən 16 km aralıda yerləşən "Qrand Metropol" otelində məskunlaşacaq. "Nefçi" Sloveniyada 1 məşqlə kifayətlənəcək. İyulun 25-də isə bakılılar Vətənə dönəcəklər.
Qeyd edək ki, ilk oyunda 1:2 hesabı ilə məğlub olan Böyükağa Hacıyevin rəhbərlik etdiyi komanda təkrar qarşılaşmaya iyulun 24-də Bakı vaxtı ilə saat 23:30-da çıxaxaq.