"Sərhədçi" Olimpiya İdman Mərkəzində Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi başa çatıb. Sportnet.az-ın məlumatına görə, son yarış günündə yunan-Roma güləşi üzrə bütün çəkilərdə qaliblər müəyyənləşib.
Azərbaycan yığması 4 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb. Taleh Məmmədov (59 kq), Həsən Əliyev (66 kq), Rafiq Hüseynov (75 kq) və Elvin Mürsəliyev (80 kq) qızıl, Rəsul Çunayev (71 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Kamran Məmmədov (59 kq), Rüstəm Əliyev (71 kq) və Şalva Qadabadze (98 kq) bürünc medala sahib olublar.
Ümumilikdə, millimiz "Qızıl Qran Pri"ni 9 qızıl, 6 gümüş, 10 bürünc medalla başa vurub. Yarışın ilk günündə sərbəst güləşçilərimiz 3 qızıl, 3 gümüş, 7 bürünc, növbəti gün isə qadın güləşçilərimiz 2 qızıl medala yiyələniblər.