"Nə deyim? Hər şey göz qabağındadır. Oyunumuz alınmadı. Səbəbini bilmirəm". Bunu Sportnet.az-a açıqlamasında "Neftçi"nin prezidenti Sadıq Sadıqov deyib.
Sadıqov Gürcüstan "Çixura"sını keçəcəklərinə əminlik ifadə edib: "Əminəm ki, Gürcüstanda qələbə qazanacağıq. Məgər "Çixura" komandadır? "Çixura" nə komandadır ki... Hələ qarşıda cavab oyunumuz var. Bu rəqibi də yüz faiz keçəcəyik. "Koper"lə ilk matçdan sonra da hamı deyirdi ki, qurtardı. Amma mərhələ keçdik".
Klub prezidenti tribunalara xeyli azarkeşin gəlməsini müsbət amil adlandırmaqla yanaşı, "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində Avstriya "Zalsburq"u ilə ilk oyununa da toxunub: "Azarkeşlərin çoxluğu yaxşı haldır, bu amil rəqibə də təsir göstərir. "Qarabağ"ın oyunundan ləzzət aldım. Çox gözəl oyun getdi. Belə oyun futbolumuzun inkişaf göstəricisidir".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |