
Onların arasında Azərbaycanın 24 idmançısı da olacaq. İdmançılarımızdan 19-u yarışlarda, 2-si "vayld kart"la olimpiadaya vəsiqə qazanıb. Eyni zamanda 3 uşu ustamız müsabiqədənkənar təşkil olunacaq yarışa qatılacaq. Ümumiyyətlə, olimpiadada 28 növ üzrə yarışlar keçiriləcək. Oyunlar avqustun 28-dək davam edəcək.
Qeyd edək ki, yeniyetmələr arasında Olimpiya Oyunlarının keçirilməsi barədə qərar 2007-ci ildə qəbul olunub. İlk olimpiada isə 2010-cu ildə Sinqapurda təşkil olunub. Yeniyetmələr olimpiadası böyüklər arasındakı analoji yarışda olduğu kimi, eyni qaydalarla keçirilir. Burada da Olimpiya Kəndi, təntənəli açılış və bağlanış mərasimləri, olimpiya məşəli və digər rituallar olur.