Hazırda komandanın 9 üzvü Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasında, 1-i isə əsas millidədir. Onlar avqustun 20-dək təlim-məşq toplantısı və yığmamızın Özbəkistanla yoldaşlıq görüşündə iştirak edəcəklər. Ardından həmin oyunçular klubun sərəncamına qayıdaraq, "İnter"lə 24 avqust qarşılaşmasına hazırlaşacaqlar. Quliyevin sözlərinə görə, yığmanın toplanışı və oyunu ilə əlaqədar çempionat matçının təxirə salınmasına ehtiyac yoxdur: "Çünki "İnter”in də futbolçuları millidədir. Ümumiyyətlə, belə bir şey nəzərdə tutulmayıb. Niyə də olmalıdır?! Futbolçular bilməlidirlər ki, dünya praktikasında belə bir şey var, həftəfə iki oyun olsa belə, hazır olmalıdırlar".
Qeyd edək ki, "İnter" - "Sumqayıt" matçı "Şəfa" stadionunda keçiriləcək.