AFFA-nın İntizam Komitəsi "Sumqayıt”ın klubunun əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Samir Abasovu sərt cəzalandırıb. Sportnet.az-ın məlumatına görə, buna Abasovun "Xəzər Lənkəran”la matçın 79-cu dəqiqəsində hakimləri təhqir etməsi səbəb olub.
Nəticədə baş məşqçi 5 oyunluq diskvalifikasiyaya məruz qalıb, klub isə 2500 manat cərimələnib.
Qeyd edək ki, Samir Abasov ötən mövsüm "Sumqayıt"ın heyətində futbolçu karyerasını bitirərək, məşqçiliyə başlayıb.