O, bildirib ki, komandası hələ oturuşmayıb və ilk turda "İnter"ə 0:4 hesablı məğlubiyyət də bundan irəli gəlir. Müqavilə ilə məxsus olduğu Rusiya "Rubin"i barədə danışmaq istəməyən Abışov deyib ki, indi əsas məqsədi formasını toplayaraq, "Qəbələ"yə xeyir verməkdir: "Qarşıdakı oyunlara hazırlaşmalıyıq. Çox yaxşı kollektiv və təcrübəli baş məşqçimiz var. İnaniram ki, yaxınlarda hər şey qaydasina düşəcək. Ancaq yenə də qeyd edirəm: Komandaya zaman lazımdır ki, tam formalaşsın".
Qeyd edək ki, "Qəbələ"nin "Bakı"nı 2:0 hesabı ilə qalib gəldiyi görüşdə son qolun müəllifi Ruslan Abışov olub.