1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Elnur Allahverdiyev: "Artıq çəki özümə də əziyyət verir" - MÜSAHİBƏ
"Qəbələ” klubunun və Azərbaycan milli komandasının futbolçusu Elnur Allahverdiyevin Sportnet.az-a müsahibəsi...
- "Bakı” ilə matçı necə dəyərləndirirsiniz?
- Oyun çətin keçdi. Hava da burada özünü göstərdi. Komandada yeni oyunçular çoxdur. Oyundan-oyuna futbolçular bir-birilərinə daha çox uyğunlaşmağa çalışırlar. Ancaq əsas qələbə idi. Onu da şükürlər olsun ki, əldə etdik.
- Yeni baş məşqçiniz Dorinel Muntyanu əsas heyətdə daha çox yayda transfer olunan futbolçuları meydana buraxır. Belə çıxır ki, o, əvvəlki baş məşqçilərin dövründə alınan futbolçulara etimad göstərmir?
- Bu haqda mən nəsə deyə bilmərəm. Ola bilər ki, öz bəyəndiyi, komandaya gətirdiyi futbolçularla işləmək daha rahatdır deyə, onlardan istifadə edir. Ağla başqa heç nə gəlmir.
- İlk turda "İnter”ə böyük hesabla məğlub oldunuz. Ancaq iki tur ard-arda qələbə qazandınız. Demək olar ki, artıq "Qəbələ” çatışmamazlıqları aradan qaldırıb, yoxsa sonraki rəqiblər elə də "diş”li deyildi?
- "Bakı” gənclərdən ibarət komanda olsa da, bizə qarşı sona kimi mübarizə apardı. Rəqiblərimizə eyni gözlə baxırıq. Komandaya gəlincə, deməzim hər şey tam qaydasındadır. Ancaq hər oyunda buraxılan səhvləri təhlil edib, qarşıdakı matçlarda bunu buraxmamağa çalışırıq.
- Artıq çəkinizin olmasına baxmayaraq, Azərbaycan milli komandasının Özbəkistanla yoldaşlıq oyununda sizi meydanda görmək bir az təəccüb yaratdı...
- Düzdür, özüm də çəkimin artdığını hiss edirəm. İndi əsas bunun üzərində çalışıram ki, çəki aşağı düşsün. Çünki bu, özümə də əziyyət verir. Futbolçu üçün bu elə də xoş hal deyil.