Azərbaycanın
Cüdo üzrə milli komandası üçün Rusiyanın Çelyabinsk şəhərində keçirilən dünya
çempionatı erkən bitib. Sportnet.az-ın məlumatına görə yığmamız turnirdə medal
qazana bilməyib.
Mundiala 5
cüdoçu ilə yollanan millimizin çıxışını başa vuran 3 üzvündən heç biri
mükafatçılar sırasına düşə bilməyib. Bunlar Rüstəm Orucov (73 kq), Orxan Səfərov
və İlqar Müşkiyevdir (hər ikisi 60 kq).
Bu
gün isə daha 2 cüdoçumuz mübarizəyə qoşulub. Hər iki cüdoçu 100 kq çəki dərəcəsində
mübarizə aparıb. Elmar Qasımov ilk görüşündəcə özbəkistanlı rəqibinə məğlub
olub. Elxan Məmmədov
isə ilk görüşündə macarıstanlı rəqibinə qalib gəlsə də, 1/8 finalda kubalı Joze Armenterosla
bacarmayıb. Cüdoçularımızın ilk mərhələdə məğlub olduqlarından bürüncdən də
məhrum olunublar. Bu isə o deməkdir ki yığma komandamız yarışı medalsız başa
vurur.
Qeyd edək ki, milli komandamızın heyətində ən yaxşı nəticəni Rüstəm Orucov göstərib. O, təsəlliverici görüşdə rusiyalı Musa Moquşkovla qarşılaşıb. Bir yuko xalı və bir ipponla qalib gələn Moquşkov təmsilçimizin medal arzusunu ürəyində qoyub.