"Araz Naxçıvan" Topaz Premyer Liqasından çəkildiyinə dair məktubla sentyabrın 1-də AFFA-ya müraciət ünvanlayacaq. Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, rəhbərlik son 2 turda üzləşdiyi hakim qərəzi ilə əlaqədar rəsmi sənədlə sabah federasiyaya yollanacaq.
Peşəkar Futbol Liqası rəhbərliyi ilə görüş zamanı "Araz Naxçıvan"ın atdığı addımın müzakirəsi gözlənilir. Komandanın özü isə "Sumqayıt"la dünənki qarşılaşmadan sonra buraxılıb. Amma bu, heç də klubun verdiyi qərarla bağlı deyil. Sadəcə, Azərbaycan millisinin oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilə səbəbindən futbolçulara 3 günlük istirahət verilib.
Qeyd edək ki, "Araz Naxçıvan" III turda "Qəbələ" ilə görüşdə qapılarına haqsız penaltinin təyin olunmasına, IV turda "Sumqayıt"la matçda isə təmiz penaltilərinin verilməməsindən narazı qalıb.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |