 

Yarışda debüt etdiyi 2004-cü ildən indiyədək 152 ev matçına çıxan cənub komandasının bu matçlarını oyun protokollarına əsasən 1 milyon 4 min 677 tərəfdardar izləyib. Baş tutan 152 qarşılaşmadan 2-si boş tribunalar önündə keçirilib. Bu göstəricidə bütün rəqiblərini üstələyən "Xəzər Lənkəran” orta hesabla hər çempionat matçında 6610 azarkeş toplaya bilib.
2010/2011-ci il mövsümü klubun tarixində tamaşaçı sayında rekordla düşüb. 2005/2006 mövsümündə ən aşağı göstəricinin qeydə alınması isə matçların daha az tamaşaçı tutumuna malik Olimpiya kompleksinin stadionunda baş tutması ilə bağlıdır.
| Mövsüm | Turnir | Oyun | Tamaşaçılar | Orta tamaşaçı sayı | 
| 2004/05 | Çempionat | 17 | 91600 | 5388 | 
| 2005/06 | Çempionat | 13 | 31717 | 2440 | 
| 2006/07 | Çempionat | 12 | 87720 | 7310 | 
| 2007/08 | Çempionat | 13 | 76500 | 5885 | 
| 2008/09 | Çempionat | 13 | 104800 | 8062 | 
| 2009/10 | Çempionat | 16 | 138440 | 8653 | 
| 2010/11 | Çempionat | 16 | 158500 | 9906 | 
| 2011/12 | Çempionat** | 16 | 123000 | 7688 | 
| 2012/13 | Çempionat | 16 | 86400 | 5400 | 
| 2013/14 | Çempionat | 18 | 89500 | 4972 | 
| 2014/15 | Çempionat | 2 | 16500 | 8250 | 
| Turnirlər | Çempionat** | 152 | 1004677 | 6610 | 









 
                 





 
     
     
     
     
     
     
     
     
     
    





















































