1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cavadov da Foqts kimi danışdı
Türkiyənin "Qaziantep BB" klubunda çıxış edən Vaqif Cavadov Azərbaycan milli komandasının hədəflərindən danışıb. Sportnet.az-ın məlumatına görə, 25 yaşlı hücumçu "RİA Novosti"yə açıqlamasında yığmamızın qarşısında 2016-cı il Avropa çempionatının final mərhələsinə vəsiqə məqsədinin qoyulduğunu bildirib.
Cavadovun fikrincə, komandamız öz oyununu göstərməyə çalışsa, bu vəzifəni yerinə yetirə biləcək: "Yığmamızın sükanı arxasında Berti Foqts kimi yaxşı mütəxəssis durub. Onunla çoxdan çalışırıq. Foqtsun tapşırıqlarına sadiq qalsaq, hər şey baş verə bilər".
Moskva MOİK-inin sabiq futbolçusu Azərbaycan və Rusiya milliləri arasında sentyabrın 3-də keçiriləcək yoldaşlıq görüşündən də danışıb. O bildirib ki, iki komanda arasındakı matç prinsipial xarakterlidir: "İdman anlamında Rusiya yığmasına yaxşı komanda olduğumuzu göstərməliyik. Azərbaycan yığmasının hər bir oyunçusunun özünü göstərmək şansı var. Biz bu oyuna yalnız qələbə düşüncəsi ilə gəlmişik".
Qeyd edək ki, əvvəllər Azərbaycan və Rusiya yığmaları arasında Bakıda keçirilmiş rəsmi qarşılaşmalarda 1:1 hesablı heç-heçə qeydə alınıb. Hər iki halda millimizin qolunu Vaqif Cavadov vurub. Bu gün iki komandanı üz-üzə gətirəcək yoldaşlıq matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.