 "Yorulmuşam. İstirahətə ehtiyacım var. Ona görə istefa ərizəmi klub prezidentinə təqdim etdim". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçi postundan istefa verən Böyükağa Hacıyev klubun rəsmi saytına açıqlamasında deyib.

O, klub rəhbərliyinin təkidinə baxmayaraq, tutduğu vəzifədən getdiyini iddia edib: "Karyeramın ən böyük uğurlarını "Neftçi”də qazanmışam. Klub prezidenti Sadıq Sadıqova bu müddət ərzində hər zaman mənə dəstək olduğu üçün təşəkkürümü bildirirəm. Komandaya gələcək oyunlarda uğurlar arzu edirəm”.