Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) daha bir əcnəbi kluba sponsor olacağı barədə xəbərlər təsdiqini tapmayıb. Sportnet.az-ın məlumatına görə, bir neçə gün öncə Serbiya mətbuatı SOCAR-ın "Partizan"la danışıqlar apardığını yazıb.
Bildirilir ki, şirkət kluba baş sponsorluq qarşılığında ildə 750 min avro ödəməyə hazır olub. Lakin bu məbləğ Serbiya klubunu razı salmayıb. Nəticədə danışıqlar pozulub.
Xəbərə "Partizan"ın prezidenti Draqan Curiç də münasibət bildirib. Curiç deyib ki, həqiqətən də kluba baş sponsorluq istiqamətində 5-6 şirkətlə danışıqlar gedir. Amma Azərbaycan şirkəti onların arasında yoxdur: "Biz ümumiyyətlə, SOCAR-la danışıqlar aparmamışıq. Ona görə də razılığa gələ bilmədiyimiz barədə xəbərlərin əsası yoxdur".
Klub prezidenti yeni sponsorun yaxın vaxtlarda açıqlanacağını əlavə edib.
Qeyd edək ki, "Partizan" Avropa Liqasının qrup mərhələsinə vəsiqə uğrunda son sınağında Azərbaycan Kubokunun sahibi "Neftçi"ni evdə 3:2, səfərdə isə 2:1 hesabı ilə yenərək, mübarizədən kənarlaşdırıb.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |