AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan milli komandası ilə qarşılaşacaq Bolqarıstan yığmasının sabiq baş məşqçisi Xristo Bonev görüş haqda maraqlı açıqlamalar verib. Sportnet.az-ın Bolqarıstan mətbuatına istinadən məlumatına görə, təcrübəli mütəxəsis Azərbaycan yığmasına ciddi yanaşmağın gərəkliyini bildirib.
O, deyib: "Seçmə mərhələyə Azərbaycan səfərindən başlamaq çətin olacaq. Bu komandanın baş məşqçisi Berti Foqts kimi mütəxəssisdir və belə komandalarla oyuna yaxşı köklənməsən, cəzalana bilərsən. Komandamızın kapitanı İvelin Popovun olmaması da oyuna təsir edə bilər, buna görə də bütün futbolçular matça ciddi yanaşmalıdırlar”.
Qeyd edək ki, Azərbaycan və Bolqarıstan milliləri arasındakı matç sentyabrın 9-da "Bakcell Arena”da baş tutacaq.