 Futbol üzrə Topaz Premyer Liqasında "Neftçi" və "Qarabağ"ın III turdan təxirə salınan səfər oyunları düz 6 ay sonra keçiriləcək. Sportnet.az-ın əldə etdiyi məlumata görə, bu barədə Peşəkar Futbol Liqasında (PFL) klub nümayəndələri ilə keçirilmiş görüşdə razılıq əldə olunub.

Qərara alınıb ki, AZAL - "Neftçi" və "Araz Naxçıvan" - "Qarabağ" qarşılaşmaları 2015-ci il fevralın 24-də oynanılsın. Xəbəri Sportnet.az-a açıqlamasında "Neftçi"nin baş məşqçisi Arif Əsədov da təsdiqləyib. 44 yaşlı mütəxəssis bildirib ki, matçların belə gec tarixə salınmasına "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki oyunları səbəb olub. Digər 3 klubun da razılığına əsasən, təxirə salınmış görüşlər gələn ilə keçirilib.
Qeyd edək ki, "Araz Naxçıvan" - "Qarabağ" matçı avqustun 24-də, AZAL - "Neftçi" matçı isə avqustun 25-də baş tutmalı idi. Lakin Ağdam komandası Avropa Liqasında Hollandiya "Tvente"si ilə "pley-off" mərhələsinin cavab görüşünə daha yaxşı hazırlaşmaq istədiyini bildirərək, "Araz Naxçıvan"la oyunun təxirə salınmasına nail olub. PFL nəinki bu oyunu, hətta AZAL - "Neftçi" görüşünü iki klubun razılıq məktubu olmadan ertələyib. 
Cəfər BƏY