Türkiyə milli komandasının İslandiya yığmas ilə sentyabrın 9-da keçirəcəyi Avro-2016-nın seçmə qrup matçı öncəsi ada-dövlətdən həyəcanlı xəbərlər gəlməyə başlayıb. Sportnet.az-ın məlumatına görə, Holuhraunda tapılan yanardağın avqustun 16-dan davam eden vulkanik hərəkətləri zəlzələlərə səbəb olur.
Həmin tarixdən bəri 190-dan çox və 5 baldan çox gücdə zəlzələlərin baş verdiyi bildirilir. Gündə yüzlərlə tektonik hərəkətin yaşandığı İslandiyada "yellənmək" insanlar üçün adi hala çevrilib.
Digər tərəfdən kraterin sahəsi gündən-günə genişlənir. Lavalar 3 km-lik radiusda yayılıb. İslandiyada havadakı qazın miqdarı yüksəldiyindən, İslandiyada yaşayan insanların nəfəs almaları da təhlükəli olub.
Bütün bunlara rəğmən, UEFA matçın keçirilməsində hər hansı problemin olmadığını bəyan edib. Eyni zamanda prosesin izləniləcəyi vurğulanıb.
Qeyd edək ki, İslandiya - Türkiyə matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.