Azərbaycan milli komandasının futbolçusu Elnur Allahverdiyev "Qəbələ" klubu ilə yollarını ayırıb. Bu barədə Sportnet.az-a 31 yaşlı müdafiəçinin özü məlumat verib.
Allahverdiyev rəhbərliklə görüşərək, azad agent statusu ilə komandadan getdiyini bildirib. O, transfer pəncərəsinin bağlanmasına rəğmən, tezliklə yeni kluba keçəcəyini açıqlayıb: "Sərbəst futbolçu olduğumdan, istənilən vaxt yenisi ilə müqavilə bağlaya bilərəm. Təkliflər var və inşallah, yaxın 3 gün ərzində yeni klubum bilinəcək. İddialı komandaya keçirəm".
Bununla belə, təcrübəli futbolçu yeni klubunun adını açıqlamayıb.
Qeyd edək ki, Elnur Allahverdiyev Dorinel Muntyanunun "Qəbələ"də baş məşqçi postuna gəlişindən sonra əsas heyətdəki yerini itirib.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |