
Azərbaycan milli komandası Avropa çempionatlarının seçmə qrup mərhələlərində tarixində 6-cı dəfə mübarizəyə başlayacaq. Sportnet.az-ın məlumatına görə, millimiz ilk dəfə AVRO-2016-nın seçmə mərhələsində Bolqarıstanla rəsmi matça çıxacaq.
Əvvəlki 5 cəhdin heç birində komandamız nəinki qələbə, hətta heç-heçə əldə edə bilməyib:
AVRO-1996. Seçmə mərhələ, ilk oyun:
7 sentyabr 1994. Rumıniya – Azərbaycan - 3:0
AVRO-2000. Seçmə mərhələ, ilk oyun:
10 oktyabr 1998. Azərbaycan – Macarıstan - 0:3
AVRO-2004. Seçmə mərhələ, ilk oyun:
7 sentyabr 2002. Azərbaycan – İtaliya - 0:2
7 sentyabr 2002. Azərbaycan – İtaliya - 0:2
AVRO-2008. Seçmə mərhələ, ilk oyun:
2 sentyabr 2006. Serbiya – Azərbaycan - 1:0
AVRO-2012. Seçmə mərhələ, ilk oyun:
7 sentyabr 2010. Almaniya – Azərbaycan - 6:1
Qeyd edək ki, sentyabrın 9-da "Bakcell Arena”da baş tutacaq Azərbaycan - Bolqarıstan matçı saat 21:00-da start götürəcək.